Rusiyanın Kamçatka vilayətində yağan güclü yağışlar səbəbindən çıxılmaz vəziyyətdə qalmış turist qrupunun üzvü, Azərbaycan vətəndaşı Tatyana Dolivets Rusiya FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Bu haqda “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, T. Dolivetsin səhhətində hər hansı problem yoxdur:
“Qeyd edək ki, vətəndaşımızın təxliyəsi Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının diqqətində saxlanılıb”.
Son xəbərlər
Son Xəbərlər