“Kameranı çevirsən, görərsən ki, qadınlar nə zülm çəkir” - Video

kamerani-cevirsen-gorersen-ki-qadinlar-ne-zulm-cekir
Oxunma sayı: 6707

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişinlər avtobus sayının azlığı və yaranan sıxlıqdan narazılıq edirlər.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, avtobus zolağının tətbiqinə baxmayaraq, həmin istiqamətdə tıxac problemi hələ də qalmaqdadır.

Sərnişinlərin bir qismi hesab edir ki, xüsusi zolağın ayrılması şəxsi nəqliyyat vasitələrinin hərəkət imkanlarını məhdudlaşdırır və bu da nəqliyyat axınının daha da yüklənməsinə səbəb olur.

Şikayətçilərin sözlərinə görə, sıxlıq xüsusilə “20 Yanvar” dairəsi və ətrafında daha qabarıq hiss edilir:

“Kameranı o tərəfə çevirsən, görərsən ki, qadınlar nə zülm çəkir. Hələ kişiləri qoy qırağa... Basabasdır, marşruta minmək olmur. Sürücülər də aqressivdirlər”.

Daha ətraflı videomaterialda: