Kamil Zeynallı Rusiyada saxlanıldı - Video

kamil-zeynalli-rusiyada-saxlanildi
Oxunma sayı: 17218

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı Rusiyada polis əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zeynallı özü videomüraciət yayıb.

K. Zeynallının dediyinə görə, o, “Domodedovo” hava limanında saxlanılıb. Yerli polis bölməsi əməkdaşları onun Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, bu səbəbdən saxlanıldığını deyiblər. O, Azərbaycanın dövlət qurumlarından kömək istəyib.