Kanada da Rusiyaya hücumu dəstəklədi

kanada-da-rusiyaya-hucumu-destekledi
Oxunma sayı: 1658

Kanada ABŞ Prezidenti Co Baydenin Ukraynaya Amerikanın uzaqmənzilli silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə vermək qərarını dəstəkləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin müdafiə naziri Bill Bleyr bildirib.

“Kanada Birləşmiş Ştatların Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etmək icazəsini dəstəkləyir”, - o qeyd edib.

Xatırladaq ki, noyabrın 17-də ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib.