Kanada milli komandası FIFA Dünya Çempionatında tarixi nəticəyə imza ataraq, Qətəri 6:0 hesabı ilə məğlub edib və turnirdə ilk qələbəsini qazanıb.
“Qafqazinfo” xəbər verir ki, Vankuverdə keçirilən B qrupunun oyununda Kanada matça sürətli başlayıb.
16-cı dəqiqədə Sayl Larin hesabı açaraq komandasını önə keçirib.
Oyunun ulduzu isə Conatan Devid olub. Hücumçu ilk hissədə dubl edərək, fasiləyə qədər hesabı 3:0-a çatdırıb. İkinci hissədə isə Kanada üstünlüyünü artırıb. Natan Saliba cərimə zərbəsindən möhtəşəm qola imza atıb, daha sonra Qətər futbolçusunun avtoqolu fərqi daha da böyüdüb.
Matçın sonlarında Conatan Devid yenidən fərqlənərək, het-trikini tamamlayıb və Kanada tarixində DÇ-dəki ilk “het-trik”in müəllifi olub.
Qələbəyə baxmayaraq, Kanada üçün xoşagəlməz epizod da yaşanıb. Yarımmüdafiəçi İsmael Kone ciddi zədə alaraq xərəkdə meydanı tərk edib. Qayda pozuntusuna görə Qətər futbolçusu Assim Ömər Madibo qırmızı vərəqə ilə cəzalandırılıb. Məlumata görə, Kone xəstəxanaya aparılıb.
Bu nəticədən sonra Kanada qrup mərhələsində son oyuna yüksək əhval-ruhiyyə ilə çıxacaq və İsveçrə ilə matçda qrup liderliyi uğrunda mübarizə aparacaq.
Son xəbərlər
Son Xəbərlər