Kanadada sərnişin təyyarəsi çevrildi - Yaralılar var

kanadada-sernisin-teyyaresi-cevrildi
Oxunma sayı: 3298

Kanadanın Toronto hava limanında “Delta” hava şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda AP məlumat yayıb.

“Təcili yardım qrupları cavab verir. Bütün sərnişinlər və ekipaj üzvləri qeydiyyata alınır”, - deyə hava limanının “X” hesabında bildirilib.

Minneapolisdən gələn təyyarənin uğursuz eniş zamanı çevrildiyi bildirilir.

İlkin məlumata görə, qəzada səkkiz nəfər yaralanıb.