78-ci dəfə keçirilən “Kann” Film Festivalına yeni qadağalar tətbiq edilib.
“Qafqazinfo” “People” nəşrinə istinadən xəbər verir ki, bu il festivalda açıq-saçıq geyimlərə, transparan libaslara, zalda narahatlıq yaradan paltarlara icazə verilməyəcək.
Həmçinin idman ayaqqabısı ilə festival tədbirlərinə qatılmaq qadağan edilib.
Bu qaydalara əməl etməyən ulduzların qırmızı xalçaya girişi məhdudlaşdırılacaq.
Son xəbərlər
Son Xəbərlər