Kante İstanbulda - Video

kante-istanbulda
Oxunma sayı: 330

“Fənərbaxça” qış transfer pəncərəsində heyətinə qatdığı Nqolo Kante artıq İstanbuldadır.

“Qafqazinfo” xəbər verir ki, fransalı yarımmüdafiəçini daşıyan şəxsi təyyarə Sabiha Gökçen Hava Limanına eniş edib.

34 yaşlı ulduz futbolçu hava limanında böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, İstanbul təmsilçisi ulduz futbolçu ilə 2,5 illik müqavilə imzalayıb. “Fənərbaxça” Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan transfer etdiyi Kante üçün 14 milyon 400 min avro imza haqqı ödəyəcək. Futbolçunun illik maaşı isə növbəti mövsümlərdə 11 milyon avro təşkil edəcək.

Xatırladaq ki, Kante “Fənərbaxça”nın bu qış heyətinə qatdığı 5-ci futbolçudur.