Karapetyanın qardaşı oğluna cinayət işi açıldı

karapetyanin-qardasi-ogluna-cinayet-isi-acildi
Oxunma sayı: 251

Ermənistan Baş Prokurorluğu rusiyalı milyarder, oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi müxalif “Güclü Ermənistan” blokunun Siyasi Şurasının üzvü, siyasətçinin qardaşı oğlu Narek Karapetyana qarşı cinayət işi qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, siyasətçiyə qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ictimai cinayət işi açılıb.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri başa çatıb. Deputat mandatları uğrunda 2 blok və 16 siyasi partiya mübarizə aparırdı. Əsas favorit Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki Müqavilə” partiyası, onun əsas rəqibi isə “Güclü Ermənistan” bloku olub.