“Kaş ki, övladlarım olaydı...”

kas-ki-ovladlarim-olaydi
Oxunma sayı: 2366

“Kaş ki, uzunmüddətli evliliyim və övladlarım olaydı...”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin məşhur aktrisası Nebahat Çehrə “TGRT Haber”də Yasemin Bozkurtun verilişində qonaq olarkən deyib. 

“Kaş ki 50 illik evliliyim, uşaqlarım, nəvələrim olaydı... Mən italyan ailələrini sevirəm, bütün ailə masada toplanır. Bərabərlik, həmrəylik, etibar, yalnızlıq hiss etməmək - bunlar çox önəmlidir.

Mən uşaq olanda atamı itirmişəm və ögey atam olub. Uşağımı ögey ata ilə böyütmək istəmədiyimə görə övlad sahibi olmaq istəmədim. Uşaqlıqda mənim yaşadığımı yaşatmaq istəmədim”, - N.Çehrə bildirib.

Qeyd edək ki, aktrisa 1967-68 və 1976-79-cu illərdə iki dəfə evli olub. Bu evliliklərdən uşaq sahibi olmayıb.