“Kaspi Kids”dən uşaqlara musiqili hədiyyə

kaspi-kidsden-usaqlara-musiqili-hediyye
Oxunma sayı: 359

“Kaspi Kids” ikinci uşaq mahnısı olan “Damcı-damcı”nı ictimaiyyətə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, mahnı 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə hazırlanıb və ana dilinin zənginliyini uşaqlara musiqi vasitəsilə çatdırmağı hədəfləyir.

“Damcı-damcı”nın hazırlanma prosesində “Kaspi Kids”in pedaqoji heyəti iştirak edib. Mahnının məzmunu uşaqların yaş xüsusiyyətləri, nitq və musiqi inkişafı nəzərə alınaraq formalaşdırılıb. Layihənin əsas xüsusiyyətlərindən biri mahnının “Kaspi Kids” Uşaq Bağçalarında təhsil alan uşaqlar tərəfindən səsləndirilməsidir.

Uşaq mahnıları “Kaspi Kids”in “Parpar Klub” təşəbbüsündə yer alan layihələr sırasındadır. “Parpar Klub”da uşaq mahnıları ilə yanaşı, valideynlər üçün maarifləndirici məzmunlar da təqdim olunur.

Qeyd edək ki, bu, “Kaspi Kids”in uşaq musiqisi sahəsində ikinci layihəsidir. Brendin ilk uşaq mahnısı olan “Öyrən, əylən və parla” maarifləndirici məzmunu ilə təqdim olunub. Mahnı Azərbaycanın Əməkdar artisti Ələkbər Hüseynovun xatirəsinə həsr edilib.

Beynəlxalq Ana Dili Günü ərəfəsində təqdim olunan bu mahnı uşaqların ana dilini sevərək, öyrənməsinə bir töhfədir.

“Damcı-damcı”

“Öyrən, əylən və parla”