İsrailin 200-dən çox keçmiş yüksəkvəzifəli hərbçisi və rəsmisi Baş nazir Benyamin Netanyahuya müraciət edərək analoqu olmayan addım atıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri məlumat yayıb.
Məlumata görə, müraciəti imzalayanlar arasında İsrailin iki keçmiş Baş naziri, kəşfiyyat və xüsusi xidmət orqanlarının sabiq rəhbərləri, həmçinin ordunun 30-dan çox istefada olan generalı yer alıb. Onlar hökumət rəhbərini İordan çayının qərb sahilində “yəhudi terroru” və “etnik təmizləmə” əməllərini təcili dayandırmağa çağırıblar.
Nəşr vurğulayır ki, İsrailin siyasi və hərbi elitasının bu qədər böyük bir heyəti tərəfindən Netanyahu hakimiyyətinə qarşı səsləndirilən ağır ittihamlar ölkə tarixində “görünməmiş və eşidilməmiş” bir hadisədir.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden də Netanyahunu sərt tənqid edərək onu “şərin təcəssümü” adlandırmışdı.
“Əgər antisemitizm Netanyahunun şərin təcəssümü olduğunu göstərməkdirsə, onda insanlara daha nə deyəcəyimi bilmirəm. Hamınızın etməli olduğu tək şey gözlərinizi açmaqdır”, – deyə o, söyləmişdi.
Son xəbərlər
Son Xəbərlər