Keçmiş NBA ulduzu polis oldu - Fotolar

kecmis-nba-ulduzu-polis-oldu
Oxunma sayı: 562

Karyerası ərzində 6 dəfə “All-Star” komandasına seçilən 2.08 metr boyundakı keçmiş NBA ulduzu Amare Stoudemayr basketbol formasını polis forması ilə əvəz edib.

“Qafqazinfo” xəbər verir ki, 43 yaşlı məşhur idmançı “Miami-Dade” Kollecinin Əsas Hüquq-Mühafizə Akademiyasını bitirərək nişanını alıb və uşaqlıq arzusunu gerçəkləşdirib.

Stoudemayr “Miami-Dade” Məktəb Polis İdarəsində zabit kimi xidmət edəcək. Kollec rəhbərliyi onun bu addımının gənclərə müsbət nümunə olacağını bildirib.

2003-cü ildə NBA-də “İlin yeni gələn oyunçusu” seçilən idmançı 14 illik parlaq karyerası ərzində əsasən “Phoenix Suns” və “New York Knicks” klublarının şərəfini qoruyub.