Keçmiş prezidentə 12 il ev dustaqlığı cəzası verildi

kecmis-prezidente-12-il-ev-dustaqligi-cezasi-verildi
Oxunma sayı: 1791

Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe 12 il həbs cəzasına məhkum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Caracol” radiostansiyası məlumat yayıb.

O, cəzasını prosessual fırıldaqçılıq və şahidə rüşvət verdiyinə görə ev dustaqlığında çəkəcək.

Sabiq dövlət başçısı həmçinin 100 ay 20 gün müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

Bildirilir ki, Uribe cəzasını Rioneqro şəhərindəki evində çəkəcək.