Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, aktiv məşğulluq tədbiri sentyabrın 8-i saat 11:30-da Kəlbəcər rayonunun Mərkəzi meydanında təşkil olunacaq.
Bildirilib ki, tədbirdə işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını sürücüsü, çilingər, qənnadıçı, satıcı, aşpaz və digər peşə istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim ediləcək.
Qeyd olunub ki, yarmarkaya gələn şəxslərə Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumat veriləcək. Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Son xəbərlər
Son Xəbərlər