Aktrisa Hande Erçel və bacısı, sosial media fenomeni Qamze Erçel “Harpers Bazaar” jurnalının yeni nömrəsinin üz qabığı üçün kamera qarşısına keçiblər.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bacılar bir-birilərinə ünvanladıqları suallarla şəxsi həyatlarına toxunublar.
“Kənar şəxslər heç vaxt aramıza girə bilməyib. Əlaqəmiz o qədər güclü idi ki, sevinclərimizi və çətin anlarımızı birlikdə bölüşdük. Buna görə də qısqanclıq kimi hisslər heç vaxt olmayıb. Əslində, bəlkə də, biz belə bir hissi heç vaxt bilmədən böyümüşük”, - deyə Hande Qamzenin “Aramızda nə vaxtsa qısqanclıq olubmu?” sualına cavabında deyib.
H.Erçel sevgi haqqında mərhum anasından öyrəndiklərini isə belə izah edib: “Anam çox ani qərarlar verə bilən bir qadın idi. Onun sevgisi qədər, davaları da böyük idi. Düşünürəm ki, sevginin ehtiraslı tərəfini ondan öyrəndim. Amma eyni zamanda bilirəm ki, bu həyat tərzi bu gün qurmaq istədiyim münasibət növü deyil. Buna görə də həmin hisslərin içində tarazlığı tapmağa, onu dəyişdirməyə çalışıram”.
Onlar “Bacılıqda bağışlamaq, yoxsa xatırlamaq daha vacibdir?” sualına belə cavab veriblər: “Xatırlamaq bizə kim olduğumuzu unutmamağı xatırladır, bağışlamaq birlikdə irəliləməyə imkan verir. Amma bacılıqda ən güclü şey ürəyinizin heç vaxt ayrıla bilməyəcəyini bildiyiniz bir yerdən açıq saxlaya bilməkdir. Bəzən həyatda özünüzü tənha hiss edə bilərsiniz, amma bacılıq ən çətin anlarda belə sizi xatırlayan bir ürəyə sahib olmaq deməkdir”.





Son xəbərlər
Son Xəbərlər