Kentukkidəki qəzanın görüntüləri yayıldı - Video

kentukkideki-qezanin-goruntuleri-yayildi
Oxunma sayı: 2278

Xəbər verdiyimiz kimi, ABŞ-nin Kentukki ştatının Luisvill Beynəlxalq Hava Limanı yaxınlığında yük təyyarəsi qəzaya uğrayıb. 

“Qafqazinfo”nun “CTV News”a istinadən məlumatına görə, qəza nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb, daha 10 nəfər isə xəsarət alıb. 

Məlumata görə, təyyarə Havay ştatının Honolulu şəhərinə yola düşmək üçün havaya qalxdıqdan dərhal sonra eniş etməyə başlayıb və bu zaman bir neçə binaya çırpılıb.

Xəsarət alanların sayının artacağı istisna edilmir. İlkin versiyaya görə, qəzaya təyyarənin mühərriyinin alışması səbəb olub.

ABŞ mediasında isə qəzanın görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik: