Kerem Bürsin əməliyyat olundu - Fotolar

kerem-bursin-emeliyyat-olundu
Oxunma sayı: 532

Türkiyəli məşhur aktyor Kerem Bürsin boyun yırtığı ilə bağlı əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, Bürsin xəstəxana otağından paylaşım edib.

39 yaşlı aktyor xəstəxana çarpayısında olarkən ona dəstək olan dostları ilə çəkilmiş şəkilləri paylaşıb.

“Dolu-dolu bir həftəni geridə qoyduq... Şükür edərək və irəliyə doğru addımlayaraq”, - paylaşıma belə bir şərh əlavə edib.

Qeyd edək ki, aktyor 2023-cü ildə bel yırtığı səbəbindən əməliyyat olunmuşdu.