Kerem də Sabancı ailəsindən olan sevgilisindən ayrıldı

kerem-de-sabanci-ailesinden-olan-sevgilisinden-ayrildi
Oxunma sayı: 2256

Türkiyəli aktyor Kerem Bursinlə sevgilisi Melisa Sabancı Tapan ayrılıb.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, Melisa Sabancı ayrılması ilə bağlı açıqlamasında “yorğunluqdan bitdi” ifadəsini işlədib.

Sabancı “yorğunluğ”un işlərin çoxluğundan, yoxsa münasibətin gətirdiyi tükənmişlikdənmi qaynaqlandığına dair suallara aydınlıq gətirməyib.

Qeyd edək ki, bir müddət əvvəl Melisa Sabancı Tapanın qohumu, məşhur iş adamı Hakan Sabancı da aktrisa Hande Erçeldən ayrılıb. 

Xatırladaq ki, Hande Erçel və Kerem Bursin 2020-2021-ci illərdə “Sen çal kapımı” serialında tərəf müqabili olub və həmin müddətdə sevgi münasibəti yaşayıblar.