Azərbaycanda keçiriləcək Formula 1 Qran-Prisində məşhur müğənni Keti Perri səhnə alacaq.
“Qafqazinfo” xəbər verir ki, o, sentyabrın 25-də keçiriləcək xüsusi gecədə çıxış edəcək.
Keti Perri beynəlxalq musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. Sənətçinin mahnıları ümumilikdə 115 milyarddan çox dinlənmə toplayıb, albom satışları isə 70 milyonu ötüb. “Firework”, “Roar” və “Dark Horse” kimi qlobal hitləri ilə yeddi “Diamond” sertifikatı qazanan müğənni rekordlar qıran dünya turları və möhtəşəm səhnə performansları ilə tanınır.
Qeyd edək ki, yarışın həftəsonunun konsert proqramında dünyaşöhrətli DJ və prodüser Calvin Harris də çıxış edəcək.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-dən 26-na qədər Bakıda keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər