Keyne Yamalın məşhurluğuna yenə ortaq oldu... - Fotolar

keyne-yamalin-meshurluguna-yene-ortaq-oldu
Oxunma sayı: 5232

İspaniya millisinin futbolçusu Lamin Yamalın kiçik qardaşı Keyne finaldakı oyundan sonra da yenidən diqqət mərkəzinə düşüb. 

“Qafqazinfo” xəbər verir ki, oyun zamanı böyük ekranda görünən Keyne emosiyaları ilə marağa səbəb olub.

Həmçinin oyundan sonra o, yaşıl meydana gələrək qardaşı ilə dünya kubokunun coşqusunu yaşayıb. 

Qeyd edək ki, DÇ 2026-nın 1/4 final mərhələsində İspaniyanın Belçika üzərində qələbəsindən sonra da onun emosiyaları sosial mediada viral olmuş və  qısa müddətdə tanınmışdı. 

Xatırladaq ki, finalda İspaniya Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.