Kiçik yaşından hərəkət məhdudiyyəti olan pasiyent yeriməyə başladı - “Baku Medical Plaza”dan növbəti uğur - Video

kicik-yasindan-hereket-mehdudiyyeti-olan-pasiyent-yerimeye-basladi
Oxunma sayı: 658

“Baku Medical Plaza”da həyata keçirilən kompleks müalicə nəticəsində klinikaya müraciət edən Şəms Əhmədovanın sağlamlıq vəziyyətində mühüm irəliləyiş əldə olunub.

“Qafqazinfo” xəbər verir ki, hərəkət məhdudiyyəti olan pasiyent illər sonra aparılan düzgün müalicə və reabilitasiya prosesindən sonra ilk dəfə dəstəklə addımlamağa başlayıb.

Müalicənin ilkin mərhələsində “Baku Medical Plaza”nın travmatoloqu Vüsal Mahmudov tərəfindən pasiyent üzərində cərrahi əməliyyat həyata keçirilib.

Əməliyyatdan sonra Şəms Əhmədova klinikanın Fizioterapiya və Reabilitasiya Mərkəzində müalicəyə cəlb olunub.

Fizioterapiya və reabilitasiya üzrə uzman doktor Ağalar Cavadovun nəzarəti altında aparılan davamlı müalicə nəticəsində pasiyentin hərəkət imkanlarında nəzərəçarpacaq irəliləyiş əldə olunub. Hazırda Şəms Əhmədova dəstəklə yeriyə bilir və onun reabilitasiya prosesi uğurla davam etdirilir.

Əldə olunan nəticə “Baku Medical Plaza”da cərrahi müdaxilə ilə yanaşı fizioterapiya və reabilitasiyanın davamlı şəkildə aparılmasının əhəmiyyətini göstərir.

Müxtəlif ixtisaslar üzrə peşəkar həkimlərin koordinasiyalı fəaliyyəti pasiyentin uzun illərdən sonra ilk addımlarını atmasına imkan yaradıb.

“Baku Medical Plaza” pasiyentlərin sağlamlığının bərpası və həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müasir tibbi imkanları, peşəkar həkim heyətini və multidissiplinar müalicə yanaşmasını bir araya gətirməyə davam edir.