“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan+Video

kimse-yuxaridan-dedi-ki-bizi-vurdular
Oxunma sayı: 1462

Martın 5-i İranın dronla hücum etdiyi Naxçıvan Hava Limanının yaralı əməkdaşı əməkdaşı Vəliyeva Reyhanə “Real TV”yə müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, qadın həmin an yaşananları belə təsvir edib:

“Təyyarəyə minik başlayırdı, gurultulu səs eşitdik. Həmin anda işıq çıxdı, şüşələr töküldü, qaranlıq oldu. Kimsə yuxarıdan dedi ki, “bizi vurdular”. Mən onda dərk etdim. Çölə çıxdım üç nəfərə, əlavə 2 iş yoldaşıma köməklik etdim. Sonra narahat oldum. Təzə özümə gəlmişdim dedilər, ikinci gəlir. Qaçın gizlənin! Rəfiqəmlə qucaqlaşıb qaçdım, sonra xidmət başında olduğumuz üçün aeroportun həyətinə qayıtdıq”.