Kirayə pullarını Kral ödəyirmiş...

kiraye-pullarini-kral-odeyirmis
Oxunma sayı: 448

Böyük Britaniyanın şahzadələri Beatris və Yevgeniya rəsmi olaraq krallıq ailəsinin işləməyən üzvləri olsalar da, yaşadıqları mənzillərin kirayə haqqını ödəmirlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Metro” nəşri məlumat yayıb.

Dövlət Nəzarəti İdarəsinin hesabatı şahzadələrin mənzil xərclərinin birbaşa Kral III Çarlz tərəfindən ödənildiyini ortaya çıxarıb. Nəşrin məlumatına görə, hər iki qadının şəxsi karyerası, həyat yoldaşlarının isə yüksək gəlirli işi olmasına baxmayaraq, onlar üçün kirayə haqları da xüsusi olaraq aşağı salınıb. Belə ki, Beatrisin əri Edoardo Mapelli Motsi böyük bir tikinti-bərpa şirkətinin rəhbəridir, Yevgeniyanın həyat yoldaşı Cek Bruksbenk isə tanınmış marketinq mütəxəssisidir.

Qeyd edək ki, hər iki cütlüyün dünyanın müxtəlif ölkələrində çoxmilyonluq şəxsi malikanələrə sahib olduğu bildirilir. Bu səbəbdən Beatrisin Müqəddəs Ceyms sarayındakı mənzilinin və Yevgeniyanın kral ailəsinin mülklərinə aid olan “Ayvi-Kottec”dəki evinin kirayə haqlarını niyə özlərinin ödəmədiyi ölkədə böyük sual doğurub.