İran aviaşirkətinə məxsus təyyarə göyərtədə yaranan problemlər səbəbindən uçuş nöqtəsinə geri qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, “Sepehran Airlines”a məxsus təyyarə Məşhəddən Kirmanşaha uçurmuş.
Belə ki, havaya qalxdıqdan sonra ekipaj üzvləri eniş şassisi ilə bağlı problemləri və mühərrikdə zədələnmə əlamətlərini aşkar ediblər.
Salondan çəkilmiş görüntülərdə tavanındakı panellərin yerindən qoparaq birbaşa sərnişinlərin üzərinə düşdüyü və bunun təşvişə səbəb olduğu görünür.
Son xəbərlər
Son Xəbərlər