Kişini alçaldıb maşının baqajına saldılar - Tutuldular

kisini-alcaldib-masinin-baqajina-saldilar
Oxunma sayı: 6883

Sosial şəbəkələrdə Azərbaycanda kişinin döyülərək alçaldılması və maşının baqajında aparılmasını əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərin Ağcabədi rayonunda qeydə alındığı bildirilib.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib və 2 nəfər bir kişini döyərək avtomobilin baqajında aparıblar. Daha sonra onlar həmin şəxsi baqajdan endirərək alçaldıcı hərəkətlərə davam ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, əməli törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.