Klintonlar Konqresin bu çağırışını rədd etdilər

klintonlar-konqresin-bu-cagirisini-redd-etdiler
Oxunma sayı: 1295

ABŞ-nin keçmiş Prezidenti Bill Klinton və keçmiş Dövlət katibi Hillari Klinton milyarder Ceffri Epşteynlə bağlı aparılan Konqres istintaqı çərçivəsində ifadə verməkdən imtina ediblər.

“Qafqazinfo” xəbər verir ki, Klinton cütlüyü məsələ ilə bağlı yaydıqları yazılı açıqlamada Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən göndərilən çağırış vərəqəsinə əməl etməyəcəklərini bildirib.

Qeyd olunub ki, sənədin məqsədi onları hüquqi baxımdan çətin vəziyyətə salmaqdır.

Klintonlar respublikaçıların nəzarətində olan komitənin addımlarını hüquqi cəhətdən etibarsız hesab etdiklərini vurğulayıblar. Onlar barələrində “Konqresə hörmətsizlik” ittihamının hazırlanmasını siyasi motivli addım kimi qiymətləndiriblər.

Komitə sədri, respublikaçı Ceyms Komer isə Klintonlara qarşı “Konqresə hörmətsizlik” ittihamı irəli sürməyə hazırlaşdıqlarını açıqlayıb.

Qeyd edək ki, Ceffri Epşteyn yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmışdı.