Kolumbiya Prezidenti Qustavo Petro sui-qəsd cəhdindən ailəsi ilə birlikdə çətinliklə xilas olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Petro Karib dənizi sahillərində helikopterinə hücum ediləcəyi barədə kəşfiyyat məlumatı aldıqdan sonra uşaqlarının təhlükəsizliyi üçün marşrutunu dəyişdirdiyini bildirib.
Prezident helikopterin eniş nöqtəsində işıqların söndürüldüyünü və pusqu qurulduğunu deyərək, təhlükəli bölgəyə enmək əvəzinə, dörd saatlıq dəniz səyahəti ilə təhlükəsiz əraziyə çatdıqlarını açıqlayıb.
Nazirlər Kabinetinin iclasında çıxış edən Petro son 48 saatı ölümdən qaçaraq keçirdiyini deyib:
“Etiraf etməliyəm... Öldürülməkdən qaçmaq üçün iki gündür səyahət edirəm”.
Sui-qəsd cəhdində prezidentin uşaqları da helikopterdə olub. Petro təhlükəsizlik tədbirlərini aşan bu təhdid səbəbindən marşrutlarını ani olaraq dəyişdirdiklərini vurğulayıb.
Kolumbiya təhlükəsizlik qüvvələri hesab edir ki, hücum cəhdinin arxasında hökumətin narkotik əleyhinə siyasətindən narazı olan kartellər dayana bilər.
Son xəbərlər
Son Xəbərlər