“Mançester Siti”nin futbolçusu Bernardo Silvanın paylaşımına gələn şərhlər gündəm olub.
“Qafqazinfo” xəbər verir ki, o, dəriyə qulluq üçün olan krem markalarından bini reklam edib və komanda yoldaşları tərəfindən maraqlı reaksiyalarla qarşılaşıb.
“Mançester Siti”də onunla birlikdə oynayan Ruben Dias paylaşıma “sən həyatında heç krem belə istifadə etməmisən” deyə şərh yazıb.
Portuqaliya millisində komanda yoldaşı olan Bruno Fernandeş isə “hətta diş məcunu belə istifadə etmirsən” deyə şərh bildirib.
Joao Feliks isə “sən dezodorant belə istifadə etməmisən” şərhini yazıb.
Həmin şərhlər dünyada gündəm olub.

Son xəbərlər
Son Xəbərlər