Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın “Yonhap” agentliyi yayıb.
Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğu bildirilib.
Bununla belə, nə Şimali Koreya, nə də Çinin rəsmi qurumları səfərlər bağlı məlumatı şərh edib.
Xatırladaq ki, bir müddət əvvəl Böyük Britaniyanın “The Sun” nəşri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən təcili müalicə üçün Çinə aparıldığı barədə xəbər yayıb. Bunun ardınca, Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi dövlət başçısının ölkədə sərgidə çəkilmiş fotolarını dərc edib.
Son xəbərlər
Son Xəbərlər