Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizdə nəzarətsiz ərazidə vətəndaşlar köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində balıqçı qayığının mühərrikində yaranan nasazlıq səbəbindən sahildən təqribən 1 km məsafədə dənizdə köməksiz vəziyyətdə qalan vətəndaşlar, 1994-cü il təvəllüdlü Məmmədov Rəhman Mərifət oğlu, 1986-cı il təvəllüdlü Əliyev Əli Ramiz oğlu, 1981-ci il təvəllüdlü Məmmədov İntiqam İslam oğlu və 1980-cı il təvəllüdlü Quliyev İlkin Şakir oğlu xilasedicilər tərəfindən xilas edilərək sahilə çıxmaları təmin edilib.
Son xəbərlər
Son Xəbərlər