Könülü öldürdükdən sonra fotosunu sosial şəbəkədə paylaşıbmış

konulu-oldurdukden-sonra-fotosunu-sosial-sebekede-paylasibmis
Oxunma sayı: 9046

Bu il martın 2-si itkin düşən və mayın 14-ü Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2003-cü il təvəllüdlü Elvin İsmayılzadəyə hökm oxunub.

O, Cinayət Məcəlləsinin 120.2.9 və 326-cı (Köməksiz vəziyyətdə olan adamı öldürmə və rəsmi sənədləri məhvetmə) maddələri ilə təqsirli bilinib. Elvinə 19 il 6 ay həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan Könül 2023-cü ildə bir müddət evli olub, daha sonra ayrılıb. 

Daha sonra Könül Lənkəranda olarkən orada dönərçi işləyən Elvinlə tanış olub. Elvin tələbə qızın telefonuna qanunsuz daxil olaraq bank kartından 100 manat oğurlayıb.

Fotoda Elvin İsmayılzadə

Hadisədən əvvəl isə Könül Ağayeva Cəlilabaddan bəzi əşyalarını götürərək Lənkəran şəhərinə gedib. Mübahisə zəminində Elvin K.Ağayevanı məftillə boğub öldürdükdən sonra dostu Xəyalla birgə meyiti evin zirzəmisində basdırıb.

Qətl hadisəsindən sonra Könülün nənəsinin istəyi ilə Elvin Bakıda onunla görüşüb, lakin qızdan xəbərinin olmadığını bildirib. Həmçinin sosial şəbəkələrdə Könülün fotosunu paylaşaraq onun itkin düşməsi barədə elanlar paylaşıb və axtardığı barədə görüntü yaratmağa çalışıb.