“Körpə olanda məni qucağında yırğalayıb” - Orbanın xanımından danışdı

korpe-olanda-meni-qucaginda-yirgalayib
Oxunma sayı: 518

Macarıstanın Baş naziri Peter Madyar ölkənin keçmiş Baş naziri Viktor Orbanın həyat yoldaşı Aniko Levai ilə bağlı maraqlı xatirəsini danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Madyarın sözlərinə görə, atası hüquqşünas işlədiyi dövrdə Aniko Levai də həmin hüquq firmasında təcrübə keçib.

Baş nazir bildirib ki, Levai ona vaxtilə atası işlə məşğul olarkən körpə olanda baxdığını və qucağında yırğaladığını söyləyib. 

Məhz buna görə də o, Madyara müraciət edərkən siz deyə yox, sən deyə xitab edir.