“Korrupsiyaya qarşı mübarizənin şahidiyik”

korrupsiyaya-qarsi-mubarizenin-sahidiyik
Oxunma sayı: 313

“Korrupsiyaya qarşı mübarizənin nə dərəcədə ciddi getdiyinin hamımız şahidiyik”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Əli Hüseynli bildirib.

“Korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələdədir və çox təqdirəlayiq haldır ki, bu mübarizənin qanunvericilik bazası daim təkmilləşir. “Maraqlar toqquşması haqqında” qanun layihəsinin təqdim olunması təsadüfi deyil. Bu qanunun ideyası üzərində uzun illərdir müzakirələr gedib və hesab edirəm çox təqdirəlayiqdir ki, korrupsiyaya qarşı mübarizənin, dövlət quruculuğumuzun inkişafının indiki mərhələsində belə bir qanun layihəsi təqdim olunub. Bu qanun beynəlxalq təcrübədə mövcuddur və deyə bilərəm ki, onun müddəaları korrupsiyaya qarşı mübarizə ilə bağlı digər qanunlara həm də uyğunluq təşkil edir. Amma qanun bir sıra spesifik məsələləri də tənzimləyir”, - komitə sədri qeyd edib.

Nuranə Daxilqızı