ABŞ və İran arasında kövrək atəşkəs fonunda yaranan narahatlıqlar qlobal neft qiymətlərinin Asiya bazarlarında yüksəlməsinə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, bazarlardakı gərginliyi İsrailin Livana qarşı hücumları və Tehranın qisas xəbərdarlıqları artırıb.
Çərşənbə günü iki həftəlik şərti atəşkəs və Hörmüz boğazıın yenidən açılması xəbərlərindən sonra kəskin düşən neft qiymətləri bölgədəki gərginliyin yenidən artması ilə yüksəlməyə başlayıb.
Belə ki, “Brent” markalı xam neftin qiyməti 2,2% artaraq, barel üçün 96,70 dollara, WTI markalı neft isə 2,8% artaraq 96,90 dollara çatıb.
Qiymətlər hələ də müharibə başlamazdan əvvəlki səviyyələrdən yüksək qalır.
Son xəbərlər
Son Xəbərlər