“Qarabağ”ın qapıçısı Mateus Koxalski qış “transfer pəncərəsi”ndə komandadan ayrılmaq istəyirmiş.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qolkiper özü Polşa mətbuatına müsahibəsində məlumat verib.
O bildirib ki, Polşanın “Vidzev” (Lodz) klubundan gələn təklifi dəyərləndirmək niyyətində olub:
“Vidzev”dən təklif var idi və mən onlara razılıq vermişdim. Bakı idman baxımından yaxşıdır, amma ailəmdən uzaq olmaq psixoloji cəhətdən çətindir. Ailə mənim üçün hər şeydən önəmlidir. ÇL-dən imtina edib Ekstraklasaya qayıtmağa hazır idim. Bunu psixoloji sağlamlığım üçün edəcəkdim. Amma “Qarabağ” buraxmadı. Mənim komandada vacib rolum var deyə saxladılar”.
Son xəbərlər
Son Xəbərlər