Kral III Çarlz xəstəxanaya yerləşdiriləcək

kral-iii-carlz-xestexanaya-yerlesdirilecek
Oxunma sayı: 2536

Böyük Britaniya kralı III Çarlz prostat vəzinin xoşxassəli vəziyyəti ilə əlaqədar gələn həftə xəstəxanaya yerləşdiriləcək.

“Qafqazinfo” “Washington Post”a istinadən xəbər verir ki, bu barədə Bukinqem sarayı açıqlama yayıb.

Bukinqem sarayı III Çarlzın vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib. Eyni zamanda, onun yanvarın 18-i və 19-na planlaşdırılan ictimai tədbirləri də həkiminin məsləhəti ilə təxirə salınıb.