Böyük Britaniya kralı III Çarlz şahzadə Harri və Meqan Markla maliyyə dəstəyi göstərməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “GB News” kanalı məlumat yayıb.
Məlumata görə, III Çarlz açıq şəkildə bildirib ki, cütlük İngiltərəyə qayıtdıqdan sonra onları maliyyələşdirməyəcək, çünki onlar artıq kral ailəsinin fəaliyyətdə olan üzvləri deyillər.
Bildirilir ki, şahzadə Harri və Meqan Markl gəlirlərini brendlərlə əməkdaşlıq, ictimai çıxışlar və hersoginyanın ev əşyaları brendi vasitəsilə əldə edəcəklər.
Cütlüyün və uşaqlarının Kotsvoldsda məskunlaşması gözlənilir.
Son xəbərlər
Son Xəbərlər