İngiltərənin Norfolk qraflığındakı Sandrinqem mülkündə Kral III Çarlzın vaxtilə şəxsi istirahət məkanı kimi istifadə etdiyi tarixi su qülləsi lüks hotelə çevrilib.
“Qafqazinfo” xəbər verir kii, 1877-ci ildə Neo-Bizans üslubunda inşa edilən bina uzun illər Sandrinqem mülkünü və əsas iqamətgahı su ilə təmin edib.
Tikilinin üzərində yerləşən 32 min qallona yaxın tutumlu çuqun su anbarı isə bu gün qonaqlar üçün geniş dam terrasına çevrilib.
Cütlüklər üçün nəzərdə tutulan su qülləsində gecələmənin qiyməti 151 funt-sterlinqdən (təxminən 177 avro) başlayır. Qonaqların ev heyvanlarını da özləri ilə gətirməsinə icazə verilir.
Binanın tarixi görünüşünün qorunmasına xüsusi diqqət yetirilib. İnteryer neytral üslubda hazırlanıb, divarlarda isə Sandrinqem mülkünün və Britaniya kral ailəsinin tarixi ilə bağlı fotolar və rəsmlər yerləşdirilib.
Qüllənin birinci mərtəbəsində mətbəx, yemək otağı və vanna otağı yerləşir. Yataq otağı növbəti mərtəbədə, qonaq otağı isə ikinci mərtəbədədir.
Qonaq otağında ənənəvi kamin də qorunub. Buradan qonaqlar birbaşa dam terrasına çıxa və Sandrinqem mülkünün ərazisinə, eləcə də, Norfolk kəndlərinə açılan mənzərədən zövq ala bilərlər.
Sandrinqem mülkünün ərazisində qonaqlar üçün başqa yaşayış imkanları da mövcuddur. “Gardens House” səkkiz, “The Folly” isə altı nəfərin qalması üçün nəzərdə tutulub.
Kral ailəsinin Şotlandiyadakı Balmoral mülkündə də turistlər üçün kirayəyə verilən istirahət evləri var.






Son xəbərlər
Son Xəbərlər