Böyük Britaniyada Kral III Çarlzın fermasından üç quzu oğurlayan və daha sonra özləri polisə təslim olan üç fəala məhkəmə hökm oxuyub.
“Qafqazinfo” “The Independent”ə istinadən xəbər verir ki, məhkəmədə quzuları kəsilməkdən xilas etdiklərini iddia edən fəal qadınların bəhanəsini prokurorluq cəfəngiyat adlandırıb.
Məhkəmənin qərarı ilə fəalların hər biri 12 aylıq ictimai işlərə, 150 saat ödənişsiz əməyə və 250 funt-sterlinq (təxminən 566 manat) cəriməyə məhkum ediliblər. Oğurlanan quzular fermaya qaytarılmasa da, sığınacaqda saxlanılır.
Xatırladaq ki, bundan əvvəl də İngiltərədə başqa bir fəalın fermadan oğurladığı quzuya uşaq bezi geyindirib şampunla yuması qalmaqala səbəb olmuşdu.
Son xəbərlər
Son Xəbərlər