“Kreml Belarusu nüvə girovu kimi qəbul edib”

kreml-belarusu-nuve-girovu-kimi-qebul-edib
Oxunma sayı: 1242

“Putinin Belarusda taktiki nüvə silahı ilə bağlı bəyanatı Belarus cəmiyyətində Rusiya və Putin haqqında mənfi rəyi və ictimai narazılığı maksimum dərəcədə artırır. Kreml Belarusu nüvə girovu kimi qəbul edib”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksey Danilov, Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirəcəkləri ilə bağlı açıqlamasına münasibət bildirən zaman deyib.

Danilov Putinin bəyanatını Belarusda sabitliyin pozulmasına doğru atılan addım kimi qiymətləndirib.