Kreml Trampın açıqlamasını təsdiqlədi

kreml-trampin-aciqlamasini-tesdiqledi
Oxunma sayı: 3418

Kreml ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında telefon danışığına hazırlıq getdiyini təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri peskov danışıb. 

Onun sözlərinə görə, iki ölkə lideri martın 18-də telefon danışığı aparmağı planlaşdırır: “Bəli, bu həqiqətən də belədir. Çərşənbə axşamı belə bir danışıq hazırlanır”.

Xatırladaq ki, Donald Tramp jurnalistlərə açıqlamasında martın 18-də V.Putinlə növbəti dəfə telefonla danışacağını bildirmişdi. Tərəflər sonuncu dəfə fevralın 12-də söhbət aparıb.