“Krım Ukraynaya qaytarılmalıdır!” - Video

krim-ukraynaya-qaytarilmalidir
Oxunma sayı: 3174

“Türkiyə Krımın ilhaqını tanımır”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində deyib.

O bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır: “Bu, beynəlxalq hüququn tələbidir”.

Türkiyə lideri vurğulayıb ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: “Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq”.