Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd vəzifəsindən ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Kliniki Tibbi Mərkəzlə (“Semaşko”) yollarımız ayrıldı. 4 ilə yaxın müddətdə jurnalist həmkarlarımla çox yaxşı əlaqələrimiz oldu. Bu müddət ərzində mənə ünvanlanan sorğuları cavabsız qoymamağa, həmkarların işini ləngitməməyə çalışdım. Mənə müraciət edən heç kimi geri çevirmədim.
Məndən asılı olmayan səbəbləri isə sizlər də anlayışla qəbul etdiniz. Məhz buna görə hər birinizə minnətdaram. Yeni ünvanda, yeni başlanğıclarda görüşmək ümidi ilə...”, - o yazıb.
Qeyd edək ki, Ruzbeh Məmməd 2023-cü ildən sözügedən vəzifəni icra edirdi.
Son xəbərlər
Son Xəbərlər