Kübra Süzgündən serialdakı anasına ağır ittiham - Video

kubra-suzgunden-serialdaki-anasina-agir-ittiham
Oxunma sayı: 584

Uşaq yaşlarında rolları ilə tanınan aktrisa Kübra Süzgün həmkarı Özge Özpirinçciyə qarşı ağır ittihamlar irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək 7 il əvvəl Özpirinçci tərəfindən ailəsi ilə birlikdə təhlükəyə atıldığını iddia edib.

Süzgün paylaşımında həmkarına bu sözlərlə müraciət edib:

“Özge Özpirinçci, məni tanıdın? Mən 7 il əvvəl sənin tanıdığın, məni və ailəmi dəstələrin qarşısına yem kimi ataraq tərk etdiyin Kübrayam. Səninlə tanış olduğum gündən nə uşaqlığımı, nə də gəncliyimi yaşaya bildim. Ailəlikcə hər gün bizi nə vaxt öldürəcəklərini gözlədik. Atam o dəstələrlə mübarizə aparmaq üçün əlində olan hər şeyi satdı və ölümünə vuruşdu, hələ də mübarizə aparır. Sən isə ümid edirəm ki, Bodrumda çox yaxşı dincələ bilirsən. Allahdan tək bir arzum var: Sənin mənə və ailəmə yaşatdıqlarının 100 qatını bu dünyada sənə də yaşatdığını mənə göstərsin”.

Qeyd edək ki, hər iki aktrisa Türkiyənin məşhur “Kadın” serialında ana-qız (Bahar və Nisan) rollarını canlandırıblar.