Küləyin sürəti 16 m/s-dək güclənib

kuleyin-sureti-16-ms-dek-guclenib
Oxunma sayı: 1228

Bu gün saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda cənub-qərb küləyi əsir.

Belə ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Qobustanda 20 m/s, Kəlbəcərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.