Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevə verilən cəzanı 4 oyundan 3 oyuna endirib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı keçirilən iclasda AFFA İntizam Komitəsinin fevralın 11-də verdiyi qərar ləğv edilib.
Tovuz klubuna tətbiq olunan 10 min manatlıq cərimə də 6 min manata düşürülüb.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” matçında meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyev hakimi itələdiyinə görə cəzalandırılmışdı. AFFA İntizam Komitəsi türkmənistanlı mütəxəssisə 4 oyunluq cəza verib, klubunu 10 min manat cərimələmişdi.
Son xəbərlər
Son Xəbərlər