Kürdəmirdə 50 yaşlı kişini qatar vurub? - Yenilənib

kurdemirde-50-yasli-kisini-qatar-vurub
Oxunma sayı: 774

Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Təklə kənd sakini 1976-cı il təvəllüdlü Şahverdiyev Vüqar Ağadadaş oğlu səhər saatlarında dəmir yolu xətti üzərindən keçərkən onu qatar vuraraq öldürüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

***

“Azərbaycan Dəmir Yolları” QSC hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

“Dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır”.

Yunis Quliyev