Kürdəmirdə iş adamı toyda qəfil öldü

kurdemirde-is-adami-toyda-qefil-oldu
Oxunma sayı: 557

Kürdəmirdə iş adamı qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə toyda qeydə alınıb.

Belə ki, rayon ərazisində yerləşən şadlıq saraylarının birində qonaq kimi iştirak edən sakin, iş adamı kimi tanınan Vüqar Nağıyev toy məclisi zamanı qəfil həyatını itirib.

Mərhumun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, V. Nağıyev rayonda sahibkar kimi tanınırdı.

Yunis Quliyev