Kürdəmirdə yük maşını qəza törətdi, ölən var

kurdemirde-yuk-masini-qeza-toretdi-olen-var
Oxunma sayı: 507

Kürdəmirdə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 12:30 radələrində M.Nəsirov idarə etdiyi “MAN” markalı yük avtomobili ilə Kürdəmir şəhəri ərazisində yolu keçmək istəyən 1949-cu il təvəllüdlü Əliyev Teyyub Ələmdar oğlunu vurub.

T.Əliyev xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi başlanıb.